27 Yanvar 15:46
298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi sosial şəbəkə səhifələrində Bakıda "Kamaz" markalı yük avtomobilinin sürücüsünün hərəkətləri ilə bağlı iddialar yayılıb.

Teleqraf.com-un məlumatına görə, əslində isə o özünə xəsarət yetirib, avtomobili zədələyib məsuliyyətdən yayınmaq üçün qərəzli hərəkətləri ilə ətrafda olan şəxslərin diqqətini çəkməyə cəhd edir.

Dövlət Yol Polisindən bildirilib ki, paytaxt yollarında təhlükəsizliyin təmin olunması və tıxacların qarşısının alınması məqsədi ilə günün müəyyən saatlarında yük avtomobillərinə tətbiq olunan giriş məhdudiyyətlərinin tələbini pozduğu üçün yük avtomobilinə “saxla” işarəsi verilib. Qaydalara əməl etməyən sürücü barədə qanunamüvafiq tədbir görülüb.

Görüntüləri təqdim edirik:


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər