Portuqaliya millisinin müdafiəçisi Pepe “Real”dan ayrılmaq fikrində deyil.
Teleqraf.com-un qol.az-a istinadən yaydığı xəbər görə, təcrübəli müdafiəçi tezliklə Madrid klubu ilə yeni müqavilə imzalayacaq.
Pepenin “Real”la hazırkı müqaviləsi 2017-ci ilin yayına kimidir. Əldə olunmuş razılığa əsasən, tərəflər müqaviləni daha 1 illiyinə uzadacaqlar.
Xatırladaq ki, Pepe “Real”da 2007-ci ildən çıxış edir.