“Barselona”nın hücumçusu Luis Suarez La Liqanın ilk turunda “Betis”i 6:2 hesabı ilə məğlub etdikləri görüşdən danışıb.
Teleqraf.com-un qol.az-a istinadən yaydığı xəbərə görə, uruqvaylı futbolçu Lionel Messinin oyununa da toxunub:
“Mənim üçün komandama kömək etmək fərdi uğurdan daha vacibdi. 90 dəqiqə göstərdi ki, “Barselona” çempionluğa namizədddi.
Messi mövsümə öz tərzində start verdi. O, dünyanın ən yaxşı oyunçusudu. Messinin oyunundan həzz almaq lazımdı. Onunla mübarizə aparmaq çətindi”.
Qeyd edik ki, “Betis”lə görüşdə Suarez het-trik, Messi isə dubl edib. “Barselona”nın ilk qolunu isə Arda Turan vurub.