22 Aprel 2014 16:48
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA-nın Nizam-İntizam Komitəsinin iclası keçirilməsi barədə məlumat vermişdik. Xatırladaq ki, iclasda Azərbaycan Premyer Liqasının XXXI turunun görüşlərində baş verən neqativ hallara hüquqi qiymət verilib. Həmçinin AFFA-nın İntizam Komitəsi “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanova da xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanovun cəzası başa çatsa da, ona verilmiş cərimə ödənilmədiyi üçün adıçəkilən şəxsə verilmiş - stadiona giriş qadağası hələ də davam edir. Lakin Tahir Süleymanov Azərbaycan Premyer Liqasının XXXI turunun “Neftçi” – “Sumqayıt” matçında iştirak edib.

Oyunun AFFA nümayəndəsinin oyundan öncə ona stadionu tərk etməsini bildirsə də, o, bunu rədd edib və oyunu izləməyə davam edib. Bu səbəbdən də, “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanova verilmiş cərimə ödənilməyənədək onun klubun iştirakı ilə keçirilən Azərbaycan Premyer Liqası və ölkə kuboku matçlarında stadiona girişinə qadağa sanksiyası davam edir.

Əgər Süleymanov verilmiş qərarı yenidən pozarsa, ona qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.


Müəllif:

Oxşar xəbərlər