Əliyar Ağayev növbəti Avroliqa oyununa təyinat alıb.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, qrup mərhələsinin 5-ci turunun “Şalke” (Almaniya) – “Nitsa” (Fransa) oyununu idarə edəcək. Ə.Ağayevə köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq.
Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Orxan Məmmədov və Rəhim Həsənov olacaq.
Qeyd edək ki, “Şalke” – “Nitsa” görüşü noyabrın 24-cü keçiriləcək.