Futbol üzrə Azərbaycan Premyer Liqasının XII tur matçlarından öncə bir dəqiqəlik sükut elan olunacaq.
Bu barədə "Report"a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
R.Musayevin sözlərinə görə, 25 yaşında ikən dünyasını dəyişmiş azərbaycanlı futbolçu Şəhriyar Xəlilovun xatirəsi turun bütün qarşılaşmalarından öncə yad olunacaq.