Məsut Özil Almaniyanın “Kicker” dərgisinə maraqlı açıqlamalar verib.
Goal.az xəbər verir ki, türk əsilli futbolçu “Arsenal”da qalmaq fikrindədir. Gələn il “topçular”la müqaviləsi bitəcək 28 yaşlı yarımmüdafiəçi Venger komandada qalacağı təqdirdə, yeni müqaviləyə imza atacağını deyib.
Özil yeni müqavilə imzalanmasında pulun önəm daşımayacağını bildirib: “Klub burda oynama səbəbimin Arsen Venger olduğunu bilir. Mənə güvənən və bura transfer edən o olub. Burda qalmağım baş məşqçinin kim olacağından asılıdır. Venger postunda qalsa, mən də qalacağam”.
Xatırladaq ki, Arsen Vengerin “Arsenal”la müqaviləsi bu ilin sonunda yekunlaşacaq. Fransız mütəxəssisin rəhbərliyi altında EPL-da “Arsenal” hazırda 20 turdan sonra 41 xalla 5-ci pillədə qərarlaşır.