İspaniya La Liqasında XXVI tur çərçivəsində növbəti qarşılaşmalar keçirilir.
Teleqraf.com xəbər verir ki, “Barselona” klubu ilk dövrədə səfərdə 3:4 hesabı ilə uduzduğu “Selta”nı qəbul edib. Görüşdə meydan sahibləri 5:0 hesabı ilə qalib gəlib.
“Real Madrid” klubu isə səfərdə “Eybar” kollektivin 1:4 hesabı ilə məğlub edib.
Günün digər qarşılaşmalarında aşağıdakı hesablar qeydə alınıb:
“Leqanes” – “Qranada” - 1:0
“Vilyarreal” – “Espanyol” - 2:0