Çempionlar Liqasının "Borussiya" (Almaniya) və "Monako" arasında çərşənbə axşamı keçirilməli olan ¼ final oyunu dortmundluların avtobusu qarşısında törədilən üç partlayış səbəbindən təxirə salınıb.
Teleqraf.com xəbər verir ki, "Borussiya"nın rəsmi "Twitter" səhifəsinin məlumatına görə, oyun aprelin 12-si Bakı vaxtı ilə saat 20:45-də keçiriləcək.
"Bild" nəşri yazır ki, partlayıcı qurğu yolun keçid hissəsinə qoyulub. Polisin məlumatına görə, ümumilikdə üç partlayış baş verib. Avtobusa ziyan dəyib.
Nəticədə 1 nəfər – alman klubunun ispaniyalı müdafiəçisi Mark Bartra xəsarət alıb. O xəstəxanaya yerləşdirilib. Futbolçunun start heyətində meydana çıxacağı gözlənilirdi.