17 May 2017 10:27
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlarda güləşçimiz Rafiq Hüseynov (80 kq) 1/4 finalda xalça üzərinə çıxıb.

Teleqraf.com-un məlumatına görə, ilk görüşdə idmançımız Qırğızıstan təmsilçisi Atabek Azisbekovla qarşılaşıb. Mübarizə 5:1 hesabı ilə güləşçimizin qələbəsi ilə başa çatıb.

Beləliklə, R.Hüseynov yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər