Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Samtredia” ötən gün Bakıya gəlib.
Teleqraf.com xəbər verir ki, Gürcüstan təmsilçisi ötən gün “Azərsun Arena”da məşqə çıxıb. Bu gün isə komandanın Respublika stadionunda məşqi nəzərdə tutulub.
Xatırladaq ki, “Qarabağ” – “Samtredia” oyunu iyulun 11-i, saat 21.00-da başlayacaq.