31 İyul 2017 08:17
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə millisinin baş məşqçisi vəzifəsindən ayrılan Fatih Terim bu gün Tvitter hesabından açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, Fatih Terim qeyd edib ki, o üç il yarımdır çalışdığı Türkiyə Futbol Federasiyasındakı (TFF) vəzifəsindən istefa verməyib, çıxarılıb.

“Bir müddət əvvəl yaşanan olaydan (restorandakı məlum dava nəzərdə tutulur – red.) sonra Yıldırım Demirörənə (TFF prezidenti – red.) dedim ki, əgər bu hadisə quruma və şəxslərə zərər verirsə, vəzifəmdən gedə bilərəm. Bundan sonra Yıldırım Dəmirörən məni qucaqlayaraq “Hocam, hələ görüləsi çox işimiz var”, - dedi”, – F.Terim yazıb.

O, daha sonra qeyd edib ki, bu görüşdən bir neçə gün sonra Əli Dürüst (TFF-nin birinci vitse-prezidenti – red.) rəhbərliyinin onun işinə son verdiyi barədə qərarı açıqlayıb.

F.Terim qeyd edib ki, bundan sonra Yıldırım Dəmirörənlə yenidən görüşüb: “Ondan həqiqəti söyləməsini istədim. Dedi ki, sənə çox təzyiq ediblər. Sənə görə də bizə təzyiq edirlər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər