Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyev bu gün Böyük Britaniyanın Birmingem şəhərində keçirilən “Brilliant Liqa” yarışlarında 200 metr məsafəyə qaçışda birinci yerə çıxaraq qızıl medala sahib olub.
Teleqraf.com xəbər verir ki, ikinci yeri ABŞ idmançısı Amir Uebb, üçüncü yeri isə kanadalı Aaron Braun tutub.
Xatırladaq ki, Ramil Quliyev avqustun 11-də Londonda atletika üzrə dünya çempionatında da 200 məsafəyə qaçışda qızıl medal qazanmışdı.