Argentina futbol millisinin baş məşqçisi Xorxe Sampaoli polis tərəfindən saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli qızı ilə toydan qayıdarkən polis tərəfindən saxlanılıb. Buna narazılığını bildirən mütəxəssis polislə əlbəyaxa da olub.
Hadisə zamanı onun sərxoş olduğu iddia edilir.
Hadisəylə bağlı araşdırma aparılır.