Futbol üzrə Çempionlar Liqasında ilk 2 yarımfinalçı müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, ilk oyunda "Barselona"ya 1:4 hesabıyla uduzan "Roma" cavab qarşılaşmasında 3:0 hesablı qələbə qazanaraq, səfər qolu hesabına ispanları mübarizədən kənarlaşdırıb.
İngiltərə duelinin qalibi isə "Liverpul" olub. Yurgen Kloppun yetirmələri cavab qarşılaşmasında da Xosep Qvardiolanın rəhbərlik etdiyi "Mançester Siti"ni məğlub edib.
Daha 2 yarımfinalçının adına bu gün keçiriləcək "Real" (İspaniya) - "Yuventus" (İtaliya) və "Bavariya" (Almaniya) - "Sevilya" (İspaniya) matçlarından sonra aydınlıq gələcək.
Çempionlar Liqası. 1/4 final, cavab oyunları
10 aprel
22:45. "Roma" (İtaliya) – "Barselona" (İspaniya) - 3:0
Qollar: Edin Ceko, 6. Daniele De Rossi, 57-penalti ilə. Kostas Manolas, 82
Baş hakim: Kleman Türpen (Fransa)
İlk oyun – 1:4
22:45. "Mançester Siti" (İngiltərə) – "Liverpul" (İngiltərə) - 1:2
Qollar: Qabriel Jezus, 2 - Məhəmməd Salah, 56. Roberto Firmino, 77
Baş hakim: Antonio Matyö Laos (İspaniya)
Mcançester. Şəhər stadionu
İlk oyun – 0:3