"Bavariya"nın futbolçusu Frank Riberi Fransa millisindəki karyerasını başa vurub.
Bu barədə o, "Kicker" dərgisinə açıqlamasında deyib: "Daha Fransa millisində oynamayacam".
31 yaşlı yarımmüdafiəçi bu qərarı ilə hər kəsi təəccübləndirib.
Qeyd edək ki, F.Riberi zədə səbəbindən DÇ-2014 üçün heyətdən çıxarılmışdı. Onun "Avro-2016"da iştirak edəcəyi gözlənilirdi./qol.az/