14 İyun 2018 21:05
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

21-ci dünya çempionatına start verilib.

Teleqraf.com xəbər verir ki, Rusiyada təşkil olunan mundial 1 ay davam edəcək.

Yarışın ilk günü üçün bir görüş nəzərdə tutulub. A qrupunda meydan sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlir. “Lujniki” stadionunda keçirilən mundialın ilk matçı Bakı vaxtı ilə saat 19:00-da başlayıb. Bundan yarım saat əvvəl isə dünya çempionatının rəsmi açılış mərasimi start götürüb.

Qeyd edək ki, A qrupunun digər oyununda sabah Misir və Uruqvay mililəri üz-üzə gələcək.

14 iyun

DÇ-2018

1-ci tur

A qrupu

19:00. Rusiya – Səudiyyə Ərəbistanı - 5:0

Rusiya - Səudiyyə Ərəbistanı 5:0

Qol: Qazinski, 12. Çerışev, 44; 90+1. Dzyuba, 71. Qolovin, 90+3.

Baş hakim: Nestor Pitana
Yan xətt hakimləri: Xuan Pablo Belyati, Ernan Maydana (hamısı Argentina)
Dördüncü hakim: Sandru Riççi (Braziliya)
Rusiya, Moskva. “Lujniki” stadionu.

15 iyun

16:00. Misir – Uruqvay


Müəllif: Teleqraf.com