La Liqa təmsilçisi "Hueska" baş məşqçisi Leo Franko ilə yolları ayırıb.
Teleqraf.com xəbər verir ki, buna komandanın cari mövsüm uğursuz çıxışı səbəb olub.
Bu, 2018/2019 mövsümü üçün La Liqada ilk baş məşqçi istefası olub.
Qeyd edək ki, "Hueska" 8 turdan sonra ölkə çempionatında 5 xalla sonuncu pillədə qərarlaşıb.