7 İyun 2019 01:53
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Millətlər Liqasında ikinci yarımfinal görüşü keçirilib.

Teleqraf.com-un məlumatına görə, finala növbəti vəsiqə uğrunda görüşdə Hollandiya və İngiltərə yığmaları üz-üzə gəlib.

Portuqaliyanın "Gimaraynş" şəhərindəki "D.Afonso Enrikes" stadionunda təşkil olunmuş qarşılaşma "narıncılar"ın əlavə vaxtda qələbəsi ilə yekunlaşıb - 3:1.

Hesabı 32-ci dəqiqədə penaltidən Markus Reşford açsa da, 73-cü dəqiqədə Matteys De Liqt bərabərlik qolunu vurub. Beləliklə, əsas vaxt 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Əlavə vaxtda isə ingiltərəli müdafiəçilərin iki kobud səhvi həlledici olub. 97-ci dəqiqədə Kayl Uolker topu öz qapısına göndəribsə, 114-cü dəqiqədə Kvinsi Promes son nöqtəni qoyub.

Beləliklə, Hollandiya iyunun 9-da keçiriləcək final matçında Portuqaliyaya rəqib olub. "Dördlər finalı"nın meydan sahibi yarımfinalda İsveçrəyə də eyni hesabla qalib gəlib - 3:1. Amma bu nəticə əsas vaxtda qeydə alınıb. 3-cü yer uğrunda görüşdə isə İsvreçrə ilə İngiltərə üz-üzə gələcək.

Final və 3-cü yer uğrunda qarşılaşma iyunun 9-da keçiriləcək.

UEFA Millətlər Liqası, Yarımfinal, 6 iyun

22:45. Hollandiya - İngiltərə - 3:1 (ƏLAVƏ VAXT - 2:0)

Qollar: Matteys De Liqt, 73. Kayl Uolker, 97 (öz qapısına). Kvinsi Promes, 114 - Markus Reşford, 32 (pen.)

Hollandiya: 1. Yasper Sillessen, 3. Matteys de Liqt, 4. Vircil van Deyk, 7. Stiven Berqveyn, 8. Corcinyo Veynaldum, 9. Rayan Babel, 10. Memfis Depay, 15. Marten de Ron, 17. Deyli Blind, 21. Frenki de Yonq, 22. Denzel Dümfris,

İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 5. Con Stounz, 6. Harri Maquayr, 10. Rəhim Sterlinq, 11. Ceydon Sanço, 14. Bencamin Çilvell, 16. Deklan Rays, 17. Fabian Delf, 18. Ross Barkli, 19. Markus Reşford

Baş hakim: Kleman Turpen (Fransa)

"Estadio D.Afonso Enrikes", Gimaraynş (Portuqaliya).


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər