8 İyun 2019 21:23
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millimizin üzvü Mahir ilk dəfə "Əmrəli" soyadı ilə meydana çıxıb.

Teleqraf.com-un məlumatına görə, AVRO-2020 seçmə mərhələsində keçirilən Azərbaycan - Macarıstan oyununa Mahir "Mədətov" deyil, yeni götürdüyü Əmrəli soyadı yazılmış formada çıxıb.

Qarşılaşmadan öncə açıqlanan heyətlərdə də Mahir rəsmi şəkildə "Əmrəli" kimi qeyd olunub.

Qeyd edək ki, Mahir prodüser atası Anar Mədətovun anasından ayrılıb ikinci dəfə ailə qurmasına etiraz olaraq onun soyadından imtina edib. Mahirlə yanaşı bacısı Ayişə də "Əmrəli" soyadını götürüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər