14 İyul 23:26

"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton Formula 1 üzrə Britaniya Qran Prisinin qalibi olub.

Teleqraf.com-un məlumatına görə, yarışı ikinci yerdə onun komanda yoldaşı finlandiyalı Valtteri Bottas, üçüncü yerdə isə "Ferrari" komandasının pilotu Şarl Lekler başa vurublar.

Formula 1 yarışlarının növbəti mərhələsi 28 iyulda Almaniyada keçiriləcək.


Müəllif: Teleqraf.com