11 Avqust 2019 14:39
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qalatasaray”a keçəcəyi dəqiqləşən “Monako”nun hücumçusu Radamel Falkaonun yeni klubunda alacağı maaş müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, yaxın günlərdə kolumbiyalı futbolçu ilə 2+1 illik müqavilə imzalanacaq.

Razılaşdırılmış müqavilə şərtinə əsasən, ona illik 5 milyon və bonus olaraq əlavə 2 milyon avro ödəniləcək. Transfer rəsmiləşdikdən sonra bu pulun 5 milyonu əvvəlcədən Falkaonun bank hesabına yatırılacaq.


Müəllif: Teleqraf.com