23 Avqust 2019 23:28
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi"nin futbolçusu Baqali Dabo azarkeşlərdən üzr istəyib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə o, şəxsi "İnstagram" səhifəsində yazıb:

"Mən eyniyəm, dəyişməmişəm. "Neftçi" üçün hər şeyimi vermişəm. Ötən mövsümdə də komanda üçün bacardığımı etmişəm. Xahiş edirəm ki, gələndə məni söyməyin. Mənə inanın, dəstək olun. Söyüşlərim azarkeşlər haqda deyildi. Üzgünəm, məni bağışlayın".

Qeyd edək ki, 31 yaşlı hücumçu bugünlərdə şəxsi “İnstagram” səhifəsində "Neftçi"nin bir qrup azarkeşini təhqir edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər