16 Fevral 2020 21:38
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

Teleqraf.com xəbər verir ki, turun son oyununda "Neftçi" "Keşlə"ni qəbul edib.

"Bakcell arena"da keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab 11-ci dəqiqədə açılıb. "Ağ-qaralar"ın heyətində Baqali Dabo adını tabloya yazdırıb. 17-ci dəqiqədə "Neftçi" ikinci topu rəqibin qapısından keçirib.

Bu dəfə Mamadu Mbodj fərqlənib. İkinci hissəyə daha fəal başlayan "Keşlə" futbolçuları 53-cü dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. Sezar Meza Kolli penaltidən fərqi minimuma endirib.

Ancaq qonaqların qol sevinci cəmi 5 dəqiqə çəkib. 58-ci dəqiqədə Stiven Jozef-Monroz dəqiq zərbə ilə komandasının 3-cü qolunu vurub.

Bu, Füzuli Məmmədovun "Neftçi"min baş məşqçisi kimi ilk qalibiyyəti, "Keşlə"nin isə qış fasiləsindən sonra ardıcıl ikinci məğlubiyyəti olub.

Bu qələbədən sonra xallarını 30-a çatdıran "Neftçi" 2-ci pillədəki mövqeyini möhkəmləndirib. "Keşlə" isə 26 xalla 3-cü sırada qalıb.

Günün ilk oyununda "Səbail" doğma meydanda "Qəbələ"yə qalib gəlib - 3:1.

Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" səfərdə "Zirə"ni 6:0, "Sabah" isə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər