24 Fevral 00:19
268

Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Ersun Yanal istefaya gedib.

Teleqraf.com-un məlumatına görə, bu qərar Superliqanın XXIII turunda "Qalatasaray"a ev məğlubiyyətindən sonra verilib.

Qeyd edək ki, "Qalatasaray" klubu 21 il sonra "Fənərbağça"ya səfərdə qalib gəlib. "Sarı-qırmızılar" "Şükrü Saracoğlu" stadionunda keçirilmiş qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıblar.


Müəllif: Teleqraf.com