UEFA "Borussiya"nın (Dortmund) futbolçusu Emre Canı cəzalandırıb.
Teleqraf.com xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab matçında (0:2) qırmızı vərəqə alan türk əsilli almaniyalı yarımmüdafiəçiyə 2 oyunluq cəza verilib.
Qeyd edək ki, Emre Can ÇL-lə vidalaşdıqları matçda rəqib futbolçusu Neymarı itələyib, yerə yıxdığı üçün meydandan qovulmuşdu.