30 May 21:24

“Squawka” nəşrinin versiyasına görə, İngiltərənin sabiq müdafiəçisi Con Terri Premyer Liqanın tarixində ən yaxşı müdafiəçisidir.

Teleqraf.com xəbər verir ki, buna səbəb isə Con Terrinin “Çelsi” klubu və milli komandayla olan uğurlarıdır.

Siyahıda ikinci yeri “Mançester Yunayted” komandasının futbolçusu Rio Ferdinand tutur. Reytinqin üçüncü pilləsində “Arsenal” klubunun əfsanəvi oyunçusu Sol Kempbel yer alıb.

Digər pillələrdə müvafiq olaraq Toni Adams (“Arsenal”), Nemanya Vidiç (“Mançester Yunayted”), Qari Pallister (“Mançester Yunayted”), Rukardu Karvalyu (“Çelsi”), Stiv Brüs (“Mançester Yunayted”), Vensan Kompani (“Mançester Siti”), Virjil Van Deyk (“Liverpul”), Yap Stam (“Mançester Yunayted”), Djeymi Karraqer (“Liverpul”), Sami Xyupiya (“Liverpul”), Kolo Ture (“Arsenal”) və Ledli Kinq (“Tottenhem”) qərarlaşıblar.


Müəllif: Teleqraf.com