"Hələ ki, qadağa 6-7 iyuna aiddir".
Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Azərbaycan Premyer Liqasının yenidən təxirə salınma ehtimalına münasibət bildirərkən deyib.
"Sonradan nə olacağına hələ baxılacaq" - deyə Məmmədov əlavə edib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının bazar günü - iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. Azərbaycanda 6-7 iyunda evdən çıxmağa qadağa qoyulması nəzərdə tutulub.//Report