FIFA referisi Əliyar Ağayev yeni təyinat alıb.
Teleqraf.com AFFA-ya istinasən məlumat verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında təşkil olunan UEFA Gənclər Liqası turnirinin D qrupunda oktyabrın 22-də, Türkiyənin İstanbul şəhərindəki "Esenyurt İncirtepe" stadionunda keçiriləcək "Qalatasaray" (Türkiyə) - "Borussiya" (Dortmund, Almaniya) oyununun baş hakimi Ə.Ağayev olacaq.
Ona Rza Məmmədov və Knyaz Əmiraslanov kömək edəcəklər.