5 Dekabr 2020 23:29
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ” – “Qəbələ” oyunu “Qarabağ”ın heyətində 7 futbolçuda COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün dekabrın 6-da baş tutmayacaq.

Teleqraf.com xəbər verir ki, Premyer Liqada XII turun bütün qarşılaşmaları təxirə salınır.

Turun keçiriləcəyi tarixlə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək.


Müəllif: Teleqraf.com