Azərbaycan Respublikası ərazisində mövcud olan qarlı hava şəraiti ilə əlaqədar olaraq Peşəkar Futbol Liqası (PFL) yeni qərar qəbul edib.
Teleqraf.com PFL-in rəsmi saytına istinadən xəbər verir ki, stadionlardakı son durum təftiş olunub və Azərbaycan I Divizionunun bu gün keçirilməli olan “Sabah -2” – “Keşlə-2”, “Neftçi-2” – “Sumqayıt-2” və MOİK – “Kəpəz” oyunları təxirə salınıb.
Görüşlərin vaxtı ilə bağlı PFL-in rəsmi saytında əlavə məlumat veriləcək.
Turun “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyunu planlaşdırıldığı kimi saat 14:00-da başlanacaq.