6 Aprel 2021 21:19
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millisinin sabiq basketbolçusu Ceysi Kerroll İspaniya "Real Madrid"i ilə yeni müqavilə imzalayacaq.

Teleqraf.com xəbər verir ki, artıq tərəflər arasında ilkin razılıq əldə olunub.

38 yaşlı yarımmüdafiəçi kluba müraciət edərək daha bir il komandada qalmaq niyyətində olduğunu bildirib. Onun istəyi müsbət qarşılanıb.

Təcrübəli oyunçunun sözləşməsinin müddəti daha 1 il uzadılacaq. Bu, onun "kral klubu"nda 10-cu mövsümü olacaq.

Qeyd edək ki, Ceysi Kerroll 2013-cü ildə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin formasını geyinib.


Müəllif: Teleqraf.com