6 Avqust 2021 08:05
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın daha bir sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Teleqraf.com-un məlumatına görə, 65 kq-da çıxış edən idmançı 1/8 final mərhələsində seneqallı Adama Diatta ilə üz-üzə gəlib.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev 1/4 finala vəsiqə qazanıb. O, bu raundda qazaxıstanlı Daulet Niyazbekovla güləşəcək.

***

06:29

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Teleqraf.com-un məlumatına görə, 97 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Rusiya Olimpiya Komitəsinin təmsilçisi Abdulrəşid Sadullayevlə üz-üzə gəlib.

Şərifov rəqibinə 0:5 hesabı ilə uduzub. Sadullayev finala yüksəlsə, Azərbaycan güləşçisi təsəlliverici görüşə qatılacaq.


Müəllif: Teleqraf.com