13 Sentyabr 2021 22:57
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin paytaxtı Londonda yaşayan azərbaycanlı keçmiş kikboksçu Hafiz Baxşəliyev "Xarı bülbül" adlı turnir keçirib.

Teleqraf.com-un məlumatına görə, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Veteran idmançının sözlərinə görə, pandemiya səbəbindən yarışda Azərbaycan təmsilçiləri iştirak edə bilməyib.

İngiltərə, İtaliya, Çin, Portuqaliya, Braziliya, Fələstin və başqa ölkələrin təmsil olunduğu turnirdə 28 idmançı qüvvəsini sınayıb. Son iki görüşdə Britaniya Çempionu titulu uğrunda döyüşlər olub.

Turnir zamanı zaldakı monitorlarda İkinci Qarabağ müharibəsinin simvolu olan Xarı bülbül sərgilənib.


Müəllif: Teleqraf.com