FİFA referisi Ramil Namazov futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinin C qrupunun oyunlarına təyinat alıb. Teleqraf.com-un məlumatına görə, bu barədə AFFA müvafiq informasiya yayıb.
Oyunlar noyabrın 19-dan 24-dək Qazaxıstanın Almatı şəhərində keçiriləcək. Bu qrupda Qazaxıstan çempionu “Kayrat”la yanaşı, Estoniyanın “Nikars”, Serbiyanın “Ekonomac” və Fransanın “Sportinq Paris” klubları mübarizə aparacaqlar.