22 Noyabr 2014 22:14
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan tərəfi Bakı-2015 Avropa Oyunlarında iştirakını təsdiqləyib".

Teleqraf.com-un xəbərinə görə, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Bakıda keçirilən mətbuat konfransında deyib: "Bir neçə həftə əvvəl Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla birlikdə Ermənistanda oldum.

Ermənistanla danışıqlar normal keçdi. Erməni tərəfi həmçinin indi başa çatan Baş Assambleyada iştirak edib. Ermənistanı təmsil edən iki nümayəndə ilə müzakirələr apardım. Ermənistan tərəfi 49 iştirakçı ölkədən biri kimi yarışlara qatılacaq".


Müəllif:

Oxşar xəbərlər