AFFA İntizam Komitəsi "Zirə"nin baş məşqçisi Rəşad Sadıqova xəbərdarlıq edib.
Teleqraf.com milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, səbəb kimi 40 yaşlı mütəxəssisin "Sumqayıt"a qarşı Premyer Liqanın III tur oyununda hakimlərin işinə nümayişkaranə müdaxiləsi göstərilib.
Qeyd edək ki, qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Rəşad Sadıqov görüşün sonlarında baş vermiş mübahisəli epizod zamanı VAR-a baxılarkən, hakimlərlə mübahisə edib.