2 Sentyabr 2022 17:24
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milyardlarla vəsaitin xərcləndiyi, klubların son dəqiqəyə qədər mübarizə apardığı çox gərgin bir transfer pəncərəsi yekunlaşdı. Artıq transfer pəncərəsi bağlandı və klublar bacardığı qədər öz heyətlərini gücləndirdilər.

Teleqraf.com xəbər verir ki, İngiltərədə transferlərə təxminən 2 milyard funt sterlinq (2,3 milyard avro) xərcləndi, bu, koronavirus pandemiyasından sonra çempionat üçün rekord göstərici hesab olunur.

Bundan başqa, Avropanın aparıcı çempionatlarında (La Liqa, Bundesliqa, Liqa-1, Seriya-A) top qovan gənc istedadlar Premyer Liqaya növbəti dəfə axın etdi. Bu liqalar təkcə növbəti üç il ərzində televiziya yayım hüquqlarından 10 milyard funt sterlinqdən (11,6 milyard avro) çox qazanc əldə edəcək bir çempiontla necə rəqabət aparmağı düşünür?

Gəlin bunlara birgə nəzər salaq və klubların transfer bazarındakı işini qiymətləndirək.

"Barselona"

"Barselona" maliyyə problemləri ilə üzləşsə də yekunda böyük transferlərlə yadda qaldı və heyətini gücləndirməyi bacardı.

Xavinin bu yay “böyük ad”ları kluba gətidiyini söyləmək mümkündür. Jules Kunde, Rafinya, Andreas Kristensen, Hektor Bellerin, Markos Alonso və Robert Levandovski transferləri ilə "Barselona"nı transfer pəncərəsinin “qazanan” klubu hesab etmək olar.

Kriştiyanu Ronaldo

Ulduz futbolçunun "Mançester Yunayted"ə qayıdışı gözlənildiyi qədər uğurlu olmadı. Klubun Çempionlar Liqasından uzaqda qalması, uğursuz nəticələr və digər səbəblərdən dolayı portuqaliyalı ulduz futbolçu bu yay Mançesterdən ayrılmaq istəsə də, onu transfer etməkdə isarlı komanda tapılmadı.

"Arsenal" və "Tottenhem"

Şimali London klublarının bu transfer pənəcərində çox aktiv olduqlarını söyləmək mümkündür. Ötən mövsümün ortasında "Tottenhem"ə qoşulan Antonio Konte yanvar ayında icarəyə götürdükləri Kristiyan Romero, Rodriqo Bintankur, Deyan Klusevski kimi futbolçulara bir dəfəlik müqavilə imzaladı.

İvan Perişiç, Klemen Lenqle, Yves Bissuma və Evertonun braziliyalı ulduzu Riçarlison da bu yay kluba qoşulanlar ararsındadı.

"Arsenal", görünür, ötən mövsümki uğursuzluqlardan dərs çıxarıb. Klubun baş məqçisi Mikel Arteta bir vaxtlar çalışdığı "Mançester Siti" klubunun 2 ulduz futbolçusunu kluba gətirib.

Bunlar braziliyalı Qabriel Xesus və Alkesandr Zinçenkodur. Xesus artıq “topçular”ın heyətində çıxdığı 5 qarşılaşmada 3 qol, 3 asistlə yadda qalıb.

Seria A

İtaliyanın ən uğursuz yay transfer pənərələrindən birini keçirdiyini söyləsək yanılmarıq. Seria A Matiyas De Lixt, Frank Kessie, İvan Perişiç, Fabiyan Ruiz, Deyan Kulusevski, Lorenzo Insinye, Kristian Romeyro, Dris Mertens, Aleksis Sançez, Kalidu Kolibali, Cianluka Skamakka, Sezara Kasadeyi kimi ulduzları itirdi və onların yerinin doldurulması heç də asan görünmür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər