1 Oktyabr 2022 12:27
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u yeni transferini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, ölkə çempionu son olaraq İsveçrə "Bazel"ində çıxış edən Paytim Kasamini heyətinə qatıb.

30 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Kasami 2014 - 2017-ci illərdə də "Olimpiakos"un formasını geyinib. İsveçrəli oyunçu 2021/2022 mövsümündə "Bazel"in heyətində "köhlən atlar"a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin hər iki matçında meydanda olub.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.


Müəllif: Teleqraf.com