26 Oktyabr 2022 17:50
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bunun final oyunu olduğu aydındır. İkinci yeri tutmaq istəyiriksə, mütləq “Qarabağ”a qalib gəlməliyik".

Teleqraf.com xəbər verir ki, bunu "Nant"ın baş məşqçisi Antuan Kombuare Fransada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan öncə mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis bütün zədəlilərin sıraya qayıtdığını bildirib: "Nitsa"ya qarşı çempionat matçındakı əhval-ruhiyyəni və oyun keyfiyyətini çox yüksək qiymətləndirirəm. Futbolçuların həmin görüşə yanaşmasını bəyəndim. Bu, hələ başlanğıcdır. Davamını növbəti oyunlarda gətirməliyik".

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək "Nant" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər