5 Dekabr 2022 00:22
394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Seneqal yığmaları arasında 1/8 final oyununda hesab dəyişib.

57-ci dəqiqədə Bukayo Saka 3-cü topu afrikalıların qapısından keçirib - 3:0.

***

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Seneqal yığmaları arasında 1/8 final oyununda ilk hissə başa çatıb.

İngilislər fasiləyə 2:0 hesablı üstünlüklə yollanıblar.

***

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Seneqal yığmaları arasında 1/8 final oyununda 2-ci qol vurulub.

45+3-cü dəqiqədə fərqlənən Harri Keyn Avropa təmsilçisinin üstünlüyünü artırıb.

***

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Seneqal yığmaları arasında 1/8 final oyununda hesab açılıb.

39-ci dəqiqədə Cordan Henderson Avropa təmsilçisini önə keçirib.

***

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Seneqal yığmaları arasında 1/8 final mərhələsinin oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda üz-üzə gələcək İngiltərə və Seneqal yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Luk Şou, 4. Deklan Rayz, 5. Con Stounz, 6. Herri Maquayr, 8. Cordan Henderson, 9. Harri Keyn, 17. Bukayo Saka, 20. Fil Foden, 22. Cud Bellingem

Seneqal: 16. Eduard Mendi, 11. Pate Siss, 9. Bulaye Dia, 22. Abdu Diallo, 6. Nampali Mendi, 14. İsmail Yakobs, 15. Krepin Diatta, 3. Kalidu Kulibali (k), 13. İliman Ndiaye, 18. İsmaila Sarr, 21. Yussuf Sabali

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Müəllif: Teleqraf.com