5 Fevral 2023 21:35
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə 90 kq çəki dərəcəsində yarışan Murad Fətiyev gümüş medal qazanıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan cüdoçusu turnirin finalında niderlandlı idmançı Noel Van Endə məğlub olub.

Murad Fətiyev həlledici görüşə qədər ardıcıl olaraq Aydar Arapov (Qazaxıstan), Pol Kibikai (Qabon), Loris Tassyer (Fransa), Tiqo Renes (Niderland) və Luka Maysuradzeni (Gürcüstan) üstələyib.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər