21 Mart 2023 21:38
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan yığmasının futbolçuları ilə görüşüb.

Milli assosiasiyadan Teleqraf.com-a verilən məlumata görə, qurumun vitse-prezidenti Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və baş katib Sərxan Hacıyevin iştirak etdiyi görüşdə AFFA prezidenti millinin oyunçularını Novruz bayramı münasibətilə təbrik edib, 2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələ oyunlarında onlara uğurlar arzulayb.

Baş məşqçi Canni De Byazi və komandanın kapitanı Emin Mahmudov AFFA rəhbərliyinə təşəkkürünü bildirib, qarşıdakı matçlarda uğurlu nəticə qazanmaq üçün komandanın tam gücü ilə səfərbər olacağını vurğulayıblar.

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi martın 24-də Linz şəhərindəki “Raiffeisen Arena”da Avstriya, üç gün sonra isə Solna şəhərindəki “Friends Arena”da İsveç seçməsi ilə qarşılaşacaq.


Müəllif: Teleqraf.com