Bu gün “Qalatasaray” klubu ilə “Qarabağ” arasında xeyriyyə matçından öncə maraqlı anlar yaşanıb.
Teleqraf.com xəbər verir ki, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov görüşü izləməyə gələn şəhid övladları ilə görüşərək onların əlindən öpüb.
Qurban Qurbanovun şəhid mayor Elsevər Paşayevin qızları Nəzrin və Banuya diqqəti sosial şəbəkələrdə təqdir olunub.
Fotoqraf Firi Səlimin lentə aldığı görüntünü təqdim edirik: