Azərbaycan millisinin hücumçusu Mahir Emreli verdiyi müsahibə ilə diqqət çəkib.
Teleqraf.com müqavilə ilə Zaqreb “Dinamo”suna məxsus olan 26 yaşlı forvardın “CBC Sport” kanalına verdiyi müsahibəni təqdim edir:
– İlk və indiki maşınının markası nədir?
– İlk maşınım “Lada NİVA”, indi sürdüyüm “İNFİNİTİ”;
– Maşınının nömrəsi neçədir?
– 99-MM-866;
– Menyunda nə yoxdur?
– Zeytun və balqabaq;
– Heç azarkeşlə dalaşmısan?
– Bəli. Yersiz tənqidə görə;
– Bu günə kimi neçə sevgilin olub?
– İki;
– Varlısan?
– Xeyr;
– Nə qədər pulun var?
– Hazırda cibimdə 100 manat var;
– Tanınmış olmağından istifadə etmisən?
– Harasa tələsəndə polis saxlayıb, demişəm ki, tələsirəm. Elə olub ki, buraxıblar, elə olub ki, yox;
– Tez-tez yol hərəkəti qaydalarını pozursan?
– Xeyr, çünki çox vaxt maşını özüm sürmürəm;
– Əsəbiləşəndə nə edirsən?
– Qışqırmağa başlayıram;
– Gizli istedadın var?
– Parodiya edə bilirəm;
– Haralısan?
– Zaqatalalı;
– Ən pis vərdişin nədir?
– Ayaqqabını corabsız geyinmək;
– Ən pis xasiyyətin nədir?
– Adi bir söz ola bilər. Amma onu pis qəbul edə bilərəm;
– Pleylistində ilk mahnın?
– Ben Fero – Babafingo;
– Ən son “Google”da nə axtarmısan?
– Özümü;
– Eqoistsən?
– Bəli;
– Karyeranın ən uğursuz zamanı nə vaxt olub?
– Keçən il;
– Azarkeşlərinə nə demək istərdin?
– Çalışacağam ki, bu il ümidləri doğruldum.