2 İyul 2023 18:48
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşada keçirilən III Avropa Oyunlarında boks üzrə yarışlar başa çatıb.

Federasiyadan Teleqraf.com-a verilən məlumata görə, 42 ölkənin iştirakı ilə 10 gün davam edən mübarizənin yekununda medal əldə edən ölkələrin siyahısı açıqlanıb.

Avropa Oyunlarında 7 çəkidə təmsil olunan kişilərdən ibarət yığmamız 2 medala yiyələnib. Hesabına 1 gümüş və 1 bürünc mükafat yazan komandamız medal sıralamasına görə yarışı 7-ci pillədə başa vurub. Millimiz bu yerə İspaniya, İrlandiya və Türkiyə ilə şərikdir.

Ümumilikdə 18 ölkə Polşada medala sahib olub. Onlardan isə cəmi 6-sı çempionluq sevinci yaşayıb.

Siyahıda birinci yeri Fransa yığması tutub. İkinci yerdə İtaliya qərarlaşdığı halda, 3-cü pilləyə Bolqarıstan və Böyük Britaniya şərik olub.

Qeyd edək ki, yığmamızın heyətində Məhəmməd Abdullayev (+92 kq) gümüş, Murad Allahverdiyev (80 kq) bürünc medal qazanıb. Hər iki boksçu eyni zamanda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər