12 Avqust 2023 10:26
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina millisinin futbolçusu Lionel Messi ABŞ-ın "İnter Mayami" komandasında növbəti qolunu vurub.

Teleqraf.com xəbər verir ki, 36 yaşlı hücumçu "Şarlott"u 4:0 hesabı ilə darmadağın etdikləri Liqa Kubokunun 1/4 final oyununda fərqlənib. O, komandasının sonuncu qolunun müəllifi olub.

"İnter Mayami"nin digər qollarına Xosef Martines, Robert Teylor və Adilson Malanda (öz qapısına) imza atıblar.

Liqa Kubokunda ABŞ-la yanaşı, Kanadanın və Meksika təmsilçiləri də iştirak edirlər. Devid Bekhemin sahibi olduğu kollektiv yarımfinalda "Filadelfiya" ilə qarşılaşacaq. Görüş avqustun 16-da baş tutacaq.

Qeyd edək ki, "İnter Mayami"nin heyətində meydana çıxdığı beşinci oyunununda 8-ci dəfə rəqib qapılarına yol tapan Lionel Messi klub tarixində ən çox qol vuran 3-cü oyunçu olub. O, hazırda yalnız Qonsalo İquain (29 qol) və Leonardo Kampanadan (16 qol) geri qalır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər