Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yollar ayrılıb.
Teleqraf.com "Report"a istinadla xəbər verir ki. italiyalı mütəxəssislə yeni müqavilə imzalanmayacaq.
Bu barədə qərar bu gün AFFA İcraiyyə Komitəsinin iclasında verilib.
Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edib.
***
10:46
AFFA-nın İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası başlayıb.
Teleqraf.com Report-a istinadən xəbər verir ki, İK üzvlərindən Fərid Mansurov, Elxan Məmmədov, Mahir Məmmədov və Elmar Məmmədyarov toplantıda iştirak etməyib.
Bununla yanaşı, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi də iclası erkən tərk edib.
67 yaşlı mütəxəssis toplantıda 10 dəqiqə iştirak edib.
Qeyd edək ki, iclasın gündəliyinə Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmama məsələsi daxil edilib.