19 Yanvar 2015 17:23
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyada keçirilən Asiya Kubokunda mübarizə aparan İran millisinin futbolçularının qadın azarkeşlərlə "selfi" çəkdirməsi ölkədəki siyasətçilərin tənqidinə tuş gəlib.

Trend-in "Radikal" qəzetinə istinadən verdiyi məlumata əsasən, futbolçular bundan sonra qadın azarkeşlərlə "selfi" çəkdirə bilməyəcəklər.

Məlumata görə, İran Futbol Federasiyası futbolçulara məsələ ilə bağlı xəbərdarlıq edib. Federasiya qərarını onunla əsaslandırıb ki, qadınlar həmin fotoları İrana qarşı "siyasi fidyə" kimi istifadə edə və ya təcavüz səbəbi ilə futbolçulara qarşı cinayət işi açdıra bilərlər.


Müəllif:

Oxşar xəbərlər