Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu zamanı aşan Tovuz şəhər stadionunun işıq dirəyi ilə bağlı mütəxəssislər dəyərləndirmə aparırlar.
Bu barədəTeleqraf.com-a “Turan Tovuz” klubunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rəhbərlik işıq dirəyinin dəyişdirilməsi prosesinə başlamaq üçün yekun rəyi gözləyir: “Hazırda mütəxəssislər dəyərləndirmə aparırlar. Onların verəcəkləri məlumata əsasən klub rəhbərliyi yekun qərar verəcək”.
Qeyd edək ki, dekabrın 23-də keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşmasının 81-ci dəqiqəsində işıq dirəyi aşdığı üçün oyunun son dəqiqələri ertəsi gün təşkil edilib. Tovuzlular 3:1 hesabı ilə qələbə qazanıblar.